Netenyahu Klintonla sərt danışdı Netenyahu Klintonla sərt danışdı

Hillari Klinton İsraildə

Netenyahu Klintonla sərt danışdı



ABŞ Dövlət katibi Hillari Klinton gözlənilmədən İsrailə səfər edib. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, xanım Klinton İsrailin Baş naziri Binyamin Netenyahu, Müdafiə naziri Ehud Barak və Xarici İşlər naziri Aviqdor Libermanla görüşüb. Onun bu gün Fələstin lideri Mahmud Abbasla da görüşəcəyi bildirilir.

Dövlət katibi regiondakı vəziyyətlə bağlı bunları deyib: "ABŞ regiondakı tərəfdaşları ilə birgə işləyəcək. Biz çalışacağıq ki, İsrailin təhlükəsizliyini , Qəzzada isə həyat şəraitini yaxşılaşdıraq". İsrailin Baş naziri Netenyahu isə daha sərt danışıb. O, bildirib ki, tez bir zamanda diplomatik yolla sülh əldə olunmazsa, İsrail öz vətəndaşlarını qorumaq üçün bütün mümkün variantlardan istifadə edəcək.

Sadiq Musa
AzNews.az