Hökumət onların terakt törədəcəyindən ehtiyatlanır Hökumət onların terakt törədəcəyindən ehtiyatlanır

Müsəlmanlar Avstraliyadan QOVULUR

Hökumət onların terakt törədəcəyindən ehtiyatlanır



Avstraliyada qəbul olunmuş qərara görə, burada şəriət qanunu ilə yaşayan müsəlmanlar ölkəni tərk etməlidirlər, çünki hökumət bu kateqoriyalı vətəndaşların terakt törədəcəyindən ehtiyatlanır.

AzNews.az–ın "Reğnum"a istinadən verdiyi xəbərə görə, bu qərar ölkədə olan müsəlman miqrantlara aiddir. Bir qrup müsəlman Avstraliyanın baş naziri Con Qovardla xüsusi görüşdə ölkəyə və kraliçaya sədaqətli olacaqlarına and içəndən sonra Qovard və onun nazirləri birmənalı olaraq bildiriblər ki, qanunun bütün ağırlığı ekstremistlərin üzərinə düşəcək.

Maliyyə naziri Piter Kostello qeyd edib ki, əgər bəzi radikal ərəb şeyxləri Avstraliyada qanunların parlament tərəfindən qəbul olunduğunu qəbul etməsələr, onlardan ölkəni tərk etmələri xahiş edilə bilər.

"Əğər bu dəyərlər sizin üçün deyilsə və siz şəriət qanunlarının işlədiyi ölkədə yaşamaq istayirsinizsə, onda Avstraliya sizin üçün deyil",- dövlət televiziyası ilə çıxış edərək Kostello bildirib.

O həmçinin qeyd edib ki, çox guman ki, ikili vətəndaşlığı olan şəxslərdən ölkəni tərk etmək xahiş ediləcək.

İnci
AzNews.az