Özbəkistanın ilk prezidenti İslam Abduqəniyeviç Kərimov vəfat edib. Özbəkistanın ilk prezidenti İslam Abduqəniyeviç Kərimov vəfat edib.

İslam Kərimov vəfat etdi

Özbəkistanın ilk prezidenti İslam Abduqəniyeviç Kərimov vəfat edib.


AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Sözügedən agentlik məlumatı 3 diplomatik mənbədən əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, İ. Kərimov avqustun 27-də beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib. Bu gün isə Özbəkistan Nazirlər Kabinetinin rəsmi saytında İslam Kərimovun səhhətinin kəskin pisləşməsi ilə bağlı məlumat yerləşdirilib.

Yerli "Fərqanə" agentliyi isə Kərimovun avqustun 29-da vəfat etdiyini iddia edirdi. Sayt onun ölümünün bu gün elan ediləcəyini, sabah isə Səmərqənddə dəfn olunacağını yazmışdı.

Məlumat üçün bildirək ki, İslam Kərimov 1938-ci ilin yanvarın 30-da Səmərqənddə anadan olub. 1990-cı ildə Özbəkistanın ilk prezidenti seçilib.