Ötən gün bir sıra dünya liderləri İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Formunda çıxışlar edib. "Associated Press"ə müsahibə verən Devid Kemeron Britaniyanın Avropa Birliyində qalıb-qalmamasıyla bağlı referendumun keçirilməsi planından danışıb, və seçimi sonda britaniyalıların verəcəyini diqqətə çatdırıb: “Referendumun elə mənası bundadır. Biz xalqın düzgün seçim edəcəyinə inanırıq”. Ötən gün bir sıra dünya liderləri İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Formunda çıxışlar edib. "Associated Press"ə müsahibə verən Devid Kemeron Britaniyanın Avropa Birliyində qalıb-qalmamasıyla bağlı referendumun keçirilməsi planından danışıb, və seçimi sonda britaniyalıların verəcəyini diqqətə çatdırıb: “Referendumun elə mənası bundadır. Biz xalqın düzgün seçim edəcəyinə inanırıq”.

Dünya liderləri Davosda

Ötən gün bir sıra dünya liderləri İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Formunda çıxışlar edib. "Associated Press"ə müsahibə verən Devid Kemeron Britaniyanın Avropa Birliyində qalıb-qalmamasıyla bağlı referendumun keçirilməsi planından danışıb, və seçimi sonda britaniyalıların verəcəyini diqqətə çatdırıb: “Referendumun elə mənası bundadır. Biz xalqın düzgün seçim edəcəyinə inanırıq”.



Forumda nitqlə çıxış edən Almaniya kansleri Angela Merkel, bu dəfə Avrozonanın tərk etmək niyyətli Devid Kemeronu birbaşa tənqid atəşinə tutmayıb. Əksinə Merkel britaniyalı həmkarının sözünə qüvvət verərək, Avropa iqtisadiyyatının dirçəlişi üçün rəqabətin mərkəzi problem olduğunu vurğulayıb. Kansler onu da qeyd edib ki, Avropada iqtisadi artımı böyük mühərriklərindən biri də azad ticarətin olmasıdır.

Forumda söz alan BMT baş katibi Ban Ki Mun isə fürsətdən istifadə edib, dünya ictimaiyyətinə həyəcan təbili çalıb.Baş katib əsas diqqəti Suriya və Malidəki vəziyyətə yönəldərək, dünyanı bu ölkələrə dəstək olmağa, Suriyada 2 ilə yaxın davam edən müharibəyə son qoymağa çağırıb.

AzNews.az