ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milli Kəşfiyyat idarəsi və digər kəşfiyyat idarələrində yenidənqurma işləri barədə plan hazırlayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milli Kəşfiyyat idarəsi və digər kəşfiyyat idarələrində yenidənqurma işləri barədə plan hazırlayıb.

Tramp Amerika kəşfiyyatında nəyi dəyişəcək? - Bütün dünyada kəşfiyyatçıları artıracaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milli Kəşfiyyat idarəsi və digər kəşfiyyat idarələrində yenidənqurma işləri barədə plan hazırlayıb.

AzNews.az The Wall Street Journal nəşrinə istinadən xəbər verir ki, Tramp bu kəşfiyyat idarələrini siyasiləşmiş hesab edir. Ona görə də həmin idarələrdə ciddi işçi ixtisarları gözlənilir.

Bunun əvəzində Tramp bütün dünyada amerikalı kəşfiyyatçıların sayını artırmaq niyyətindədir.

Tramp tərəfindən Ağ Evin yeni mətbaut katibi postuna təyin edilən Şon Spayser yeni prezidentin kəşfiyyat idarələrindən narazı qalmasının səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, bu günə qədər ABŞ kəşfiyyatı Rusiyanın kiber hücumları barəsində bir dənə də olsun sübut göstərə bilməyib.