Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa Birliyinə rədd istəyi barədə danışıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa Birliyinə rədd istəyi barədə danışıb.

“Avropa Birliyi Türkiyəni unutmaq istəyir“

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa Birliyinə rədd istəyi barədə danışıb.




Onun sözlərinə görə, təşkilat Türkiyə haqqında heç bir qərar vermir, müzakirələr aparmır. " Biz başa düşə bilmirik ki, orada nələr baş verir. Avropa Birliyi bizimlə bağlı nə "hə", nə "yox" cavabı verir. Bizi qəbul etməmələrinin səbəbini onlar da bilir, biz də. Buna görə qərarı tezliklə versəydilər yaxşı olardı", -deyə anzir jurnalsitlər üçün çıxışnda bildirib.

Müsahibəsi zamanı baş nazir digər məsələlərə də toxunub. Onun sözlərinə görə, 75 milyon türkün baş naziri olmaq o qədər də asan iş deyil.

Ərdoğan Rusiya prezidenti Vladmir Putinə etdiyi təklif barədə də danışıb.

"Putinə bizi "Şanxay beşliyi"nə qəbul edin, biz də Avropa Birliyinə "yaxşı yol" deyək. Bu qədər qurdalanmağın nə mənası var axı?",- dedim.

Ərdoğanın sözlərinə görə " Şanxay beşliyi" Avropa birliyindən daha güclü və daha əhəmiyyəli təşkilatdır.

Aynur Hüseynova
AzNews.az