“Yanımda uzanan kişinin barmağı qopmuşdu”- Metro terrorunun dəhşətli görüntüləri (VİDEO)

Rusiyanın Sankt-Peterburq şəhərində 3 aprel tarixində baş verən terror aktı zamanı ərazidə olan insanlardan biri telefonuna çəkdiyi görüntüləri yayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan dərhal sonra "Технологический институт" stansiyasında olan 26 yaşlı Maksim adlı gənc həkimlərlə birgə yaralılara komək edirmiş:

Mən əvvəlcə heç nə başa düşmədim. Telefonumu götürüb çəkməyə başladım. Duman çəkiləndən sonra çox sayda yaralı və meyit gördüm. Səs-küy çox idi, hamı qaçırdı. Mən şokda idim.

Maksimin sözlərinə görə, insanlar tələsik stansiyada çıxıblar, o isə insanlara kömək etmək üçün qalıb:

Yanımda bir kişi uzanmışdı. Onun barmağı qopmuşdu.....Məndən kənarda 25 yaşlı Yelena var idi, başına nəsə girmişdi, əliylə çıxartmağa çalışırdı. Biz onların hamısına kömək etməyə çalırışırdıq.

Yaşadığı dəhşətdən sonra özünə gələ bilməyən Maksim psixoloqa müraciət edəcəyini açıqlayıb.