Şri Lankada mövsümi yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Şri Lankada mövsümi yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Torpaq sürüşməsi 25 nəfərin həyatına son qoydu – 42 nəfər itkin düşdü

Şri Lankada mövsümi yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən, Kalutara rayonu sakinləri daşqınlardan əziyyət çəkib. Rayonun 5 bölgəsində torpaq sürüşmələri qeydə alınıb. Yüzlərlə ev daşqın suları altında qalıb.

Rayonun bəzi bölgələri mərkəzdən tamamilə təcrid olub. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə 400 xilasedici cəlb edilib.

Şri Lankada may ayından sentyabr ayına kimi bol yağıntı müşahidə olunur.

Bəxtiyar Abbasov

AzNews.az