İŞİD Mosulda Cümə məscidini partlatdı

İŞİD terrorçuları İraqın Mosul şəhərində yerləşən Cümə məscidini partladıblar.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məscid qədim şəhərdə yerləşir. Məhz bu hissədə, yəni Mosulun qərbində qızğın döyüşlər gedir.

İraq hərbçilərinin yaydığı məlumata görə, İŞİD terrorçuları tarixi ən-Nuri məscidini və minarəsini dağıdıblar. İraq hərbçiləri şəhərin mərkəzinə doğru irəlilədikdə İŞİD buna cavab olaraq məscidə zərbə endirib.