“Taliban” təhlükəsizlik qüvvələrinə hücum etdi - 10 polis öldürüldü

Əfqanıstanın qərbində “Taliban” silahlıları təhlükəsizlik qüvvələrinə hücum ediblər.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hücumlar nəticəsində azı 10 polis əməkdaşı öldürülüb.

Hadisə bu gün Heratda nəzarət-buraxılış məntəqəsində baş verib.

“Taliban” silahlılarının hücumu nəticəsində 4 polis əməkdaşı da yaralanıb. Atışma zamanı 4 “Taliban” silahlısı öldürülüb.

AzNews.az