“Mercedes-Benz” 16 min avtomobilini geri çağırır

“Mercedes-Benz”in əyləc sistemində yaranan problemlərə görə Çindəki 16 min 301 vasitəsini geri çağıracağı bildirilir.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin İdarəsi, geri çağırılacaq nəqliyyat vasitələrinin, 2012-ci ilin fevral və 2013-cü ilin aprel ayında Çinin idxal etdiyi Mercedes A, B və CLA sinfindən olan 16 min 301 avtomobili əhatə etdiyini bildirib. Bu nəqliyyat vasitələrinin əyləc sistemindəki xəttin qopmağa ya da aşınmaya meylli olması səbəbiylə təhlükəsizlik riski meydana gətirdiyi vurğulanıb. “Mercedes-Benz” şirkəti isə öz növbəsində yaranan nasazlıqların təmirinin pulsuz olduğunu bildirib.