- Köhnə - Dünya
- 25 İyul 2017 00:00
- 3 767
Dəb dünyasnın ən varlı adamlarının siyahısı açıqlandı
Fashion United nəşri dəb dünyasında ən çox pul qazanan şəxslərin reytinq cədvəlini açıqlayıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının lideri Zara və Inditex qrupunun yaradıcısı Amansio Orteqadır. Onun varidatı 71 milyard dollar dəyərində ölçülür. O, həmçinin Forbes jurnalına görə dünyanın ən varlı şəxslərindən hesab olunur.
İlk beşliyə həmçinin, LVMH-nin prezidenti Bernar Arno (41,5 milyard dollar), С&A alman mağazaları şəbəkəsinin sahibi Brennikmeyer ailəsi, Hermès-in başçısı Bertran Pueş, Nike brendinin yaradıcı Fil Nayt daxildir.