"ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı bəyanatı Yaxın Şərqdəki vəziyyəti çətinləşdirir". "ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı bəyanatı Yaxın Şərqdəki vəziyyəti çətinləşdirir".

Putin Ərdoğanla danışacaq - Qüds məsələsi

"ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı bəyanatı Yaxın Şərqdəki vəziyyəti çətinləşdirir".

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Trampın məlum bəyanatı barədə danışan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu bəyanatı tənqid edib.

"Biz belə düşünürük ki, bu qərar heç bir yaxşı şey vəd etmir, əksinə münaqişəni dərinləşdirir" - Peskov belə deyib.

Peskov həmçinin bu gün Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığının olacağı, Qüds məsələsinin müzakirə ediləcəyini də deyib.