ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun bir illik hakimiyyəti bir çox hadisələrlə yadda qalıb. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun bir illik hakimiyyəti bir çox hadisələrlə yadda qalıb.

Donald Tramp 2017-ci ilin yekunlarından danışdı

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun bir illik hakimiyyəti bir çox hadisələrlə yadda qalıb.

AzNews.az Trampın sosial şəbəkədə paylaşdığı tvit-ə istinadən xəbər verir ki, o, Suriya və İraqda əldə olunan qələbələrdən danışıb.

Tramp bəyan edib ki, İŞİD silahlı qruplaşmasının bu ölkələrdə tutduğu ərazilər 9 dəfə azaldılıb.

Belə ki, bu ilin yanvarın 20-də Donald Trampın inauqurasiyası vaxtı 35 min silahlı 17500 kvadrat mil ərazini tuturdu. Dekabrın 21-də isə onların əlində 1900 kvadrat mil ərazinin qaldığı deyilir.