Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı - Çilidə

Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir.

Trend-in məlumatına görə, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb.

Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.