Sərxoş polis bahalı avtomobilini Nazarbayevin iqamətgahına çırpıb – Foto

Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Astana Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.