İsrailin baş naziri: “İran “qırmızı xətinə” yaxınlaşır”

AzNews.az-ın Hürriyət qəzetinə istinadən verdiyi xəbərə görə İsrailin baş naziri Bencamin Netanyahu İranın uranı zənginləşdirməsi ilə bağlı geniş açıqlama ilə çıxış edib.
O, diplomatiyanın İran hökumətini nüvə proqramını davam elətdirmək istəyindən çəkindirə bilmədiyini söyləyərək, İranın həlledici qırmızı xəttə yaxınlaşdığını vurğulayıb. Baş nazirin sözlərinə görə, İran daha çox və daha sürətlə uran zənginləşdirir ki, bu da İslam respublikasının nüvə imkanı əldə etməsinin qarşısını almaq üçün edilən diplomatik cəhdləri nəticəsiz qoyur.

İranın nüvə silahı düzəldəcəyi ehtimalına inanan İsrail baş naziri bildirib: "İran hələdə mənim keçən sentyabrda Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə çəkdiyim qırmızı xətti keçməyib. Amma İran o xəttə yaxınlaşır və qərar verdikdən sonra o xətti qısa zamanda keçməyə hazırlaşır".


Netanhayu əlavə edib ki, danışıqlar prosesi İrana vaxt qazandırır: "İran liderləri nüvə proqramını inkişaf elətdirmək baxımından danışıqlardan vaxt qazanmaq üçün istifadə elədi. Sadəcə sanksiyalar İranın nüvə proqramını inkişaf elətdirməyin qarşısını almayacaq. Diplomatiya və sanksiyalar uğursuz olduğu halda onları hərbi əməliyyatlarla dəstəkləməyin qaçılmaz olacaq".

Şamxal Əbilov
AzNews.az