- Köhnə - Dünya
- 29 Yanvar 2018 17:43
- 3 465
BƏƏ-də 4 mindən çox dron qeydə alınıb
Birləşmiş Ərəb Əmirliklərinin Baş Mülki Aviasiya İdarəsi “Sən məsuliyyət daşıyırsan” məlumatlandırma kampaniyası çərçivəsində 4100 dron qeydə alıb.
AzNews.az Azərtac-a istinadla xəbər verir ki, kampaniya pilotsuz uçuş aparatlarından icazəsiz istifadə hallarının 50 min dirhəm (13,7 min dollar) məbləğində cəzalandırılacağı barədə bu aparatların sahiblərini məlumatlandırmaq məqsədi daşıyır. BƏƏ Daxili İşlər Nazirliyindən bildiriblər ki, aeroportların 5 kilometr radiusunda, idman qurğuları üzərində və əhalinin sıx yaşadığı məhəllələrdə dronlardan istifadə qadağan edilib.
Bildirilir ki, məlumatlandırma kampaniyası start götürən vaxtdan pilotsuz uçuş aparatlarından istifadə ilə bağlı pozuntu halları bir neçə dəfə azalıb.