Öldü bilib məzarını qazdılar, o isə...

Aylar öncə əməliyyat edilən və əməliyyatdan sonra öldüyü sanılan Ələddin Ağbulud onun üçün qazılan məzarı ziyarət edib.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 87 yaşlı Ələddin Ağbulud məzarını görüncə kədərləndiyini bildirib. Təxminən 6 ay əvvəl Ərzurumda bağırsağından əməliyyat edilən Ağbuludun oğlu atasının o yaşda çətin bir əməliyyatdan sağ çıxmayacağını düşünür və bir məzar qazdırır. Ancaq yaşlı kişi sağ qalır və məhəlləsinə qayıdır. Əsgərlik yoldaşının vəfatı ilə bağlı qəbristanlığa gedən Ağbulud öz məzarını görür.