Tbilisidə metronun tavanı çökdü, 14 nəfər yaralandı (Video)

Gürcüstanın paytaxtı Tbilisidə metronun “Varketili” stansiyasında tavan çöküb.

AzNews.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb.

yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə yerində olan Tbilisi şəhərinin meri Kaxa Kaladze yaralıların dövlət hesabına müalicə olunacağını bildirib.

Qeyd edək ki, metronun "Varketili" stansiyasında təmir-bərpa işləri ötən il aparılıb.