- Köhnə - Dünya
- 31 Yanvar 2018 11:58
- 4 230
Afrin bölgəsində vəziyyət - 1 ölü, 1 yaralı
Terror təşkilatı YPG-PYD-nin nəzarətində olan Suriyanın Afrin bölgəsindən atılan raketlərdən biri Hatayın Reyhanlı mahalındakı evə düşüb.
AzNews.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatını apardığı Suriyanın Afrin bölgəsindən terrorçuların atdığı raket hücumu zamanı 17 yaşlı qız ölüb, bir nəfər isə yaralanıb.
Hücumdan sonra təcili yardım maşınları, polis, xilasetmə qrupları hadisə yerinə göndərilib. Polis əməkdaşları raketlərin düşdüyü yerləri araşdırmağa davam edir.
Digər tərəfdən terrorçular tərəfindən atılan iki raketin boş bir əraziyə düşdüyü bildirilib.