Ova gedən ata öz oğlunu vurdu

Rusiyanın Stavropol bölgəsində 13 yaşındakı bir uşağın ölümü ilə bağlı cinayət işi açılıb.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, faciə fevralın 3-də Şpakovo rayonunun Timlyanski kəndi yaxınlığında baş verib. Belə ki, məktəbli atası ilə ovda idi. Bu zaman ata tüfəngini yenidən doldurub və təsadüfən oğluna atəş açıb. Yaralanan uşaq yerindəcə ölüb.