- Köhnə - Dünya
- 12 Fevral 2018 12:27
- 3 576
Ona siqaret çəkdiyini irad tutan cərrahı öldürdü
Avstraliyanın Melburn şəhərində cərrah bir xəstəxananın girişində siqaret çəkən gəncə irad tutub, lakin gənc onu bir zərbə ilə öldürüb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 22 yaşındakı şübhəli Cozef Esmailinin məhkəmə prosesi bu gün başlayır.
O, 2017-ci ilin mayın 30-da "Boks Hill" xəstəxanasının girişində cərrah Patrik Pritsvald-Steqmanı öldürməkdə günahlandırılır.
Cərrah qadağan olunmuş yerdə siqaret çəkənlərə irad tutub. Bundan qəzəblənən gənc xəstəxanaya girib və onu vurub. Cərrah huşunu itirərək yıxılıb və ölüb.