- Köhnə - Dünya
- 13 Fevral 2018 10:10
- 3 055
Litvanın yarısını qrip epidemiyası bürüdü
Litvanın yerli hakimiyyət orqanlarının yarısı qrip və ARVI epidemiyasının yayıldığını açıqlayıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yayılan xəstəliklərlə bağlı AİDS Mərkəzinin mətbuat xidməti açıqlama verib.
Həkimlərin dediyinə görə, ölkənin bütün 60 yerli icra orqanından 30-u qrip epidemiyası elan edib.
Litvanın qrip və ARVI epidemiyası həftədə 10 000 nəfərdən 100-ü xəstə olduqda elan edilir.
Bölmənin məlumatına görə, Litva Respublikasında qrip və ARVI-yə yoluxanların ümumi sayı hər 10 min nəfərə görə 185.2 nəfərdir.