- Köhnə - Dünya
- 13 Fevral 2018 11:58
- 3 196
Fransalı nazir təcavüzdə ittiham olunur
Fransanın maliyyə naziri Jerard Darmanin təcavüzdə ittiham olunaraq ifadə verib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Paris prokurorluğu Darmanin haqqında yanvarın 22-də araşdırmaya başlayıb. Araşdırma bir qadının 2009-cu ildə nazir tərəfindən təcavüzə uğramasını bildirəndən sonra başlayıb. Qadının keçən ay prokurorluğa getdiyi, Darmaninin isə bu iddianın iftira olduğunu əsas gətirib şikayət etdiyi bildirilib.
Belə iddialar Fransada yeni deyil. Belə ki bir neçə gün öncə ekologiya naziri Nikolas Hulot da təcavüz etməkdə ittiham olunub.