Poroşenko məndən qorxur - Saakaşvili

Gürcüstanın keçmiş prezidenti, Odessa rayonunun keçmiş qubernatoru Mixeil Saakaşvili Poroşenkonun ondan qorxduğunu iddia edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili bildirib ki, saxta iddialarla ona Ukraynada yaşamağa icazə verilməyib.

"Poroşenko məndən çox qorxur. Mənim ordum və silahım olmasa da o məni aradan qaldırmaq istəyir", deyə Saakaşvili açıqlayıb.

Hal-hazırda Polşaya gedən Saakaşvilinin Varşavada olmasını sərhəd xidmətindən də təsdiqləyiblər.