Amerika Suriyada 40 Rusiya əsgərini öldürdü

Keçən həftə ABŞ əsgərləri Deyrizora hücum edən Əsəd ordusuna atəş açmışdı.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, həmin hücumda ölənlər arasında Rusiyanın 40 muzdlu əsgərinin olduğu da ortaya çıxıb.

Əsəd rejiminə bağlı olan 100 nəfərlik silahlı dəstə Deyrizorda PYD-nin nəzarəti altında olan neft sahələrinə hücum etmişdi. Bu gün ortaya çıxan sübutlar onu göstərir ki, o dəstənin içində rus əsgərləri də olub.

ABŞ hava hücumu ilə YPG hərbçilərini qurtararkən 40 nəfər rus əsgəri öldürüb.