- Köhnə - Dünya
- 16 Fevral 2018 15:03
- 3 125
ABŞ-la Türkiyə ortaq mexanizm yaradacaq
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Reks Tillersonun görüşündən sonra tərəflərin əsas məsələlərdə razılaşdığı və qurulacaq qarşılıqlı əməkdaşlıq mexanizminin mart ayına kimi həyata keçiriləcəyi bildirilib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Çavuşoğlu və Tillersonun verdikləri açıqlamada Türkiyə ilə ABŞ-ın müttəfiq və strateji ortaq olduğu qeyd edilib. Açıqlamada həmçinin terrora qarşı birgə mübarizənin vacibliyi də vurğulanıb.
Tərəflər Suriya məsələsinə də toxunublar. Qeyd olunub ki, Suriya böhranının həlli yalnız siyasi çərçivədə mümkündür.