Quldurlar 111 məktəbli qızı qaçırtdılar

Nigeriyanın şimalındakı Yobe əyalətinin Dapçi bölgəsində bir məktəbə "Boko Haram" təşkilatı tərəfindən edilən hücumdan sonra 111 məktəbli qız yoxa çıxıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu olayla bağlı Nigeriya prezidenti xarici işlər və müdafiə nazirlərini həmin bölgəyə göndərib.

Aparılan əməliyyat zamanı məktəbli qızlardan 48-i xilas edilib.