- Köhnə - Dünya
- 26 Fevral 2018 15:57
- 3 151
Ərdoğanla Makron Suriyanı müzakirə etdilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Makronla telefonla danışıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Suriyadakı son hadisələri qiymətləndirən iki lider, bir an öncə atəşkəsin əldə edilməsinin vacibliyini vurğulayıb.
Həmçinin Suriyada siyasi həll üçün ortaq səy göstərilməsinin də lazım olduğu qeyd edilib.
Ərdoğanla Makron təmasların bundan sonra da davam etməsində qərarlı olduqlarını bildiriblər.