5000-dən çox avtomobil geri çağırılır

"Volkswagen Group Rus" şirkəti Rusiyada 5000-dən çox "Audi" markalı avtomobili geri çağırıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, qərar əlavə qızdırıcı elementin işində yaranan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, bu qüsur nadir hallarda qurğuların əriməsinə və yanmaya səbəb ola bilər.