- Köhnə - Dünya
- 28 Fevral 2018 10:38
- 10 152
Yəməndə aclıqdan ölən uşaqların sayı artır
BMT nümayəndəsi Con Ginq bildirib ki, Yəməndə 5 yaşdan kiçik 400 min uşaq aclıq səbəbilə ölümlə üz-üzə qalıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, BMT nümayəndəsi əlavə edib ki ,daxili savaşın davam etdiyi Yəməndə 22 milyon insanın yardıma ehtiyacı var. Ölkədə 8,4 milyon insana təcili qida verilməlidir.
Qeyd edək ki, Yəməndə son iki ayda hərbi toqquşmaların sayı artıb.