“Google”dan daha bir yenilik - İnsan ölümünü...

"Google" şirkəti insanın səhhətində onun ölümünə səbəb ola biləcək dəyişiklikləri qeydə alan süni zəkanın yaradılması üzərində işləyir.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ekspertlər bu yeniliyi ABŞ Veteranlar Nazirliyi ilə birgə həyata keçirəcəklər

Ekspertlər tibb müəssisələrindəki xəstələrin ölümlərinin 11%-nin xəstənin sağlamlığının pisləşməsindən qaynaqlandığını vurğulayırlar.

Şirkət 700 min keçmiş hərbçinin xəstəlik tarixçəsini araşdıraraq onların vəziyyətini öncədən proqnozlaşdırmağa çalışır.