- Köhnə - Dünya
- 28 Fevral 2018 12:20
- 3 173
Məhkəmə Trampın istədiyi qərarı verdi
ABŞ prezidenti Donald Tramp, məhkəmənin Kaliforniya ilə sərhəddə divar tikilməsini qadağan etməkdən imtina etməsini "böyük məhkəmə zəfəri" adlandırıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl Kaliforniya məhkəməsi Donald Tramp administrasiyasına qarşı iddia qaldıraraq, Meksika ilə sərhəddə divar qurulmasına qadağa qoyub.
Lakin bu dəfə hakim Tramp administrasiyasını dəstəkləyib.
Qaçaq immiqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın qurulması Trampın əsas vədlərindən biri idi.