Martın 3-də Pakistan federal parlamentinin yuxarı palatasına - Senata seçkilər keçirilib. Martın 3-də Pakistan federal parlamentinin yuxarı palatasına - Senata seçkilər keçirilib.

Pakistan Senatına seçkilər keçirilib

Martın 3-də Pakistan federal parlamentinin yuxarı palatasına - Senata seçkilər keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, seçkilər Pakistanın Bəlucistan, Xayber-Paxtunxva, Pəncab və Sind əyalətlərində, federal qəbilələr ərazisi və İslamabad üzrə keçirilib.

Əlli iki senatorun adı bir sutka ərzində elan edilməlidir. Digər 52 senatorun səlahiyyət müddəti isə 2021-ci ildə başa çatır.

Əyalətlərin hərəsindən Senata 23, qəbilələr ərazisindən 8, İslamabaddan isə 4 senator seçilir.

Ölkə qanunvericiliyinə görə Senata seçkilər üç ildən bir keçirilir.