- Köhnə - Dünya
- 5 Mart 2018 10:46
- 3 194
Lavrov Afrika səfərinin məqsədini açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrika ölkələrinə edəcəyi səfərlə bağlı açıqlama verib.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Lavrov bildirib ki, onun Afrika ölkələrinə edəcəyi səfərin məqsədi iqtisadi, elmi, texniki, humanitar və digər sahələrdə birgə səy göstərmək və yeni əlaqələrin qurulmasıdır. Nazir əlavə edib ki, terrorla mübarizə, böhranların idarə edilməsi, o cümlədən qlobal və regional məsələlərlə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, Lavrov Anqola, Zimbabve, Mozambik, Namibiya və Efiopiyaya səfər edəcək.