- Köhnə - Dünya
- 5 Mart 2018 17:12
- 4 504
İtaliyadakı parlament seçkilərində səslərin 98%-i sayılıb
Sağ mərkəzçi partiyaların koalisiyası İtaliya parlamentinin hər iki palatasına keçirilən seçkilərdə liderlik etməyə davam edir.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, seçki bülletenlərinin artıq 98 faizi hesablanıb.
Parlamentin alt palatasına keçirilən seçkilərdə, sağ mərkəzçi partiyaların koalisiyası 37% səs toplayıb. Yuxarı palatada isə koalisiya səslərin 37,5%-ni qazanıb.
İkinci yerdə isə “Beş Ulduz” hərəkatı qərarlaşıb - 32,5% və 32,1%.
Daha sonrakı yeri isə Demokratik Partiya tutub. Partiya yuxarı və aşağı palatalarda müvafiq olaraq 22,9% və 23% səs qazanıb.