- Köhnə - Dünya
- 8 Mart 2018 18:20
- 3 287
Poroşenkonun evini mühafizə edən polis intihar etdi
Xüsusi təyinatlı Ukrayna Milli Polisinin əməkdaşı, prezident Pyotr Poroşenkonun evini mühafizə edən baş çavuş Sergey Qalasyuk özünü öldürüb.
APA-nın məlumatına görə, bu barədə "Strana.ua" saytı mənbəyə istinadən məlumat yayıb.
Hadisə fevralın 23-də baş verib. S. Qalasyuk P. Poroşenkonun evi yaxınlığında mühafizə xidməti aparan zaman intihar edib.
Ukrayna KİV-ləri yazıb ki, S. Qalasyuk əvvəl də özünü öldürməyə cəhd edib, buna baxmayaraq, xidməti vəzifəsini yerinə yetirməyə davam edib.
Ukrayna hüquq-mühafizə orqanları S. Qalasyukun ölümü xəbərini təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.
AzNews.az