Nəzarətdən çıxan peyk Yerlə toqquşa bilər

Çinin nəzarətdən çıxan və iki ildir kosmosda idarə edilmədən hərəkət edən peyki ilə bağlı qorxunc açıqlama yayılıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, peykin 20 gün ərzində Yerlə toqquşacağı ehtimal edilir. Zəhərli kimyəvi maddələrlə dolu olan peykin sürətlə Yerə yaxınlaşdığı bildirilir.

Qeyd edək ki, peykin Avropa, ABŞ və ya Yeni Zelandiyaya düşəcəyi gözlənilir.