Dünyanın ən dahi insanlarından biri kimi qəbul edilən Albert Eynşteynə aid bir skripka hərraca çıxarılıb. Dünyanın ən dahi insanlarından biri kimi qəbul edilən Albert Eynşteynə aid bir skripka hərraca çıxarılıb.

Eynşteynin skripkası 516 minə satıldı

Dünyanın ən dahi insanlarından biri kimi qəbul edilən Albert Eynşteynə aid bir skripka hərraca çıxarılıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dünən 139-cu doğum gününü qeyd etdiyimiz Eynşteynin xatirəsi bu gün də yaşayır. Həyatının ən böyük həzzini musiqi dinləyərkən alan alimin istifadə etdiyi skripka Nyu-Yorkda hərraca çıxarılıb. İlkin qiyməti 150 min dollar olan skripka, 516 min dollara satılıb.

Qeyd edək ki, Albert Eynşteyn bu skripkanı bir müddət istifadə etdikdən sonra Lorens Hibbs adlı uşağa hədiyyə etmişdi və o gündən skripka həmin uşağın ailəsində qalmışdı.