- Köhnə - Dünya
- 15 Mart 2018 16:06
- 3 579
Ukrayna Milli Bankının rəhbəri işdən çıxarıldı
Ukrayna parlamenti Valeriya Qontarevanı Milli Bankın rəhbəri vəzifəsindən azad edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu qərarı parlamentin 342 deputatı dəstəkləyib.
Qeyd edək ki, 2014-cü ilin iyunun 19-dan etibarən Milli Banka rəhbərlik edən Qontareva, 2017-ci ilin mayın 10-da istefa məktubu yazıb və bu günə qədər məzuniyyətdə olub.