- Köhnə - Dünya
- 15 Mart 2018 17:23
- 3 693
ABŞ və Avropa Rusiya ilə bağlı ortaq mövqelərini açıqladılar
Almaniya, Fransa, İngiltərə və ABŞ liderləri, İngiltərədə keçmiş rus casusun zəhərlənməsi ilə bağlı ortaq mövqelərini açıqlayıblar.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, açıqlamada bu hücumun onları "şok etdiyi" bildirilib. Fransa, Almaniya, İngiltərə və ABŞ liderləri İkinci Dünya Müharibəsindən sonra Avropada ilk dəfə belə bir olayın yaşandığını diqqətə çatdırıblar və bu hücumun İngiltərənin müstəqilliyinə zərbə vurduğunu ifadə ediblər.
Qeyd edək ki, adı çəkilən ölkələr bu hücumun təkcə İngiltərəni deyil, onları da təhlükə altında qoyduqlarını bildiriblər.