- Köhnə - Dünya
- 15 Mart 2018 18:30
- 4 155
Oleq Tabakov dəfn edildi
82 yaşında dünyasının dəyişən Rusiyanın məşhur kino aktyoru, keçmiş SSRİ-nin xalq artisti Oleq Tabakov bu gün Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunub.
AzNews.az Ria novosti-ə istinadən xəbər verir ki, Moskva Bədii Teatrında keçirilən vida mərasimində Rusiya prezidenti Vladimir Putin, dövlət və hökumət rəsmiləri, məşhur mədəniyyət xadimləri iştirak ediblər.
Xatırladaq ki, aktyor martın 13-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Oleq Tabakov 1935-ci ildə Saratovda doğulub. Orta məktəbi bitirdikdən sonra Moskva Bədii Teatrı nəzdindəki studiya-məktəbdə təhsil alıb. O, aktyorluqdan əlavə, rejissor və pedaqoq da olub. O. Tabakovun çəkildiyi əksər filmlər sovet kinematoqrafiyasının klassikasına çevrilib. Bu sırada "Baharın 17 anı", "Müharibə və sülh", "D'Artanyan və 3 muşketyor", "Oblomovun həyatından bir neçə gün" və digər filmləri qeyd etmək olar. O. Tabakov Çexov adına Moskva Bədii Teatrının direktoru idi.