- Köhnə - Dünya
- 16 Mart 2018 10:15
- 5 959
Bu ölkədə siyasətçiləri tənqid edənlər həbs ediləcək
İndoneziyada bu gün qəbul edilən qərarla deputatlara hörmətsizlik etmək və onları tənqid etmək qadağan edilib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İndoneziyada siyasətçiləri tənqid etmək bundan sonra cinayət sayılacaq. Belə ki, bu qərar keçən ay parlamentdə qəbul edilib. Ancaq ölkə prezidenti qərardan narazı qalsa da veto qoymaq hüququ olmayıb.
Qeyd edək ki, siyasətçiləri tənqid etmək üstündə həbs cəzası da daxil olmaqla müxtəlif cəzaların verilməsi nəzərdə tutulub.