Tramp Obamanın bu qərarını da ləğv etdi

ABŞ-da yarı avtomatik silahların avtomatik silahlara çevrilməsində istifadə olunan aparatların istifadəsi qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Tvitter hesabında verdiyi açıqlamada məsələ ilə bağlı Ədliyyə Nazirliyini təlimatlandırdığını bildirib:

“Obama administrasiyası bu aparatları qanuniləşdirmişdi. Mən bu gün söz verirəm ki, Ədliyyə Nazirliyi bu aparatların qadağan olunması barədə bəyanat verəcək. Qanuni silahları qeyri-qanuni avtomatik silahlara çevirən bütün aparatları qadağan edəcəyik”.

Qeyd edək ki, ABŞ-da 1986-cı ildən etibarən avtomatik silahların istifadəsi qadağan edildiyi halda, 2010-cu ildə bu qərar ləğv edilmişdi.

Buna baxmayaraq, ölkədə hələ fərdi silahlanma ilə bağlı qanun sərtləşdirilməyib. Məhz buna görə də kütləvi cinayət hadisələri baş verir. Son günlərdə buna etiraz edən minlərlə amerikalı kütləvi etiraz aksiyaları keçirməyə başlayıblar.

AzNews.az