- Köhnə - Dünya
- 27 Mart 2018 11:00
- 3 600
ABŞ-ın Əfqanıstanla bağlı daha bir problemi
ABŞ Müdafiə Nazirliyi mart ayında Əfqanıstanda sərf olunan büdcə vəsaitləri haqqında hesabat dərc edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu hesabatda, hərbçilərə ayrılan pulun izlənilməsinin sistematik problemləri barədə məlumat verilir. Hesabatda bildirilir ki, ABŞ-ın Əfqanıstandakı nümayəndəliyi 3,1 milyard dolların hansı məqsədlə istifadə edildiyi barədə məlumat verməyib.
Qeyd edək ki, ABŞ-ın Əfqanıstana göndərdiyi maddi vəsaitin düzgün bölüşdürülməsi problem olaraq qalır.