İsveçdə 1500 illik soğan tapıldı

İsveçdə 1500 il əvvələ aid soğan tapılıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, arxeoloq Helena Viktor verdiyi açıqlamada 1500 il əvvələ aid soğan tapdıqlarını bildirib. Arxeoloq əlavə edib ki, o dövrdə İsveçdə soğan yetişdirilmədiyindən bu, böyük ehtimalla Roma imperatorluğundan gətirilib. Bu tapıntı iki dövlət arasındakı ticari əlaqələrə aydınlıq gətirməkdə böyük rol oynaya bilər.