- Köhnə - Dünya
- 13 Aprel 2018 13:32
- 3 629
Cənubi Koreyada zavodda yanğın çıxdı
Cənubi Koreyanın İnchon şəhərində kimyəvi tullantıların emalı zavodunda yanğın baş verib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yanğın yerli vaxtla 11:47-də baş verib və içəridə olan işçilərin hamısı evakuasiya olunub. Ekspertlər zavodda çıxan yanğın nəticəsində zəhərli maddələrin sızması ehtimalını istisna etmirlər. Yanğının səbəbi hələ ki, məlum deyil.