Əfqanıstanın qərbində Fərəh əyalətində “Taliban” terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında döyüş baş verib. Əfqanıstanın qərbində Fərəh əyalətində “Taliban” terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında döyüş baş verib.

Əfqanıstanda 300 “Taliban”çı məhv edildi

Əfqanıstanın qərbində Fərəh əyalətində “Taliban” terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında döyüş baş verib.

Trend-in məlumatına görə, döyüşlər nəticəsində “Taliban”ın 300-dək üzvü məhv edilib.

Bundan başqa, 15 hərbçi və 10 polis əməkdaşı da həlak olub. 5 dinc sakin də toqquşmaların qurbanı olub.

Qeyd olunur ki, ötən gündən başlayaraq “Taliban” silahlıları Fərəh əyalətində geinişmiqyaslı hücumlara başlayıb. Hücumda 2000-ə yaxın silahlı iştirak edib. Hücumun qarşısı ABŞ Hərbi-Hava Qüvvələrinin köməyi ilə alınıb.

AzNews.az