Çində qəribə dəfn - Öz maşınında torpağa basdırıldı (Video)

Çinin Hebey əyalətində qəribə dəfn mərasimi keçirilib.

AzNews.az xarici kiv-lərə istinadən xəbər verir ki, Çinin Baodinq şəhərində Xuan Qi adlı şəxsin dəfn mərasimi keçirilib.

Dəfndə qohumları onun son vəsiyyətini yerinə yetirmək qərara alıblar.

Belə ki, o, son vəsiyyətində öz sevimli avtomobilində torpağa tapşırılmasını vəsiyyət edib.

Mərhumun meyiti gümüşü “Hyundai Sonata”nın salonuna yerləşdirilib, sonra ekskavatorun köməkliyi ilə avtomobil məzara endirilib.